10-02-2015 [12:23]
Xəbər verdildiyi kimi, Prezident İlham Əliyev Qərib Məmmədovun rəhbərlik etdiyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, ləğv edilmiş komitənin dövlət torpaq
kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq
reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində
xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət,
bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş
dəyişikliklər barədə arayışı Prezident Administrasiyasına təqdim etmək
sahəsindəki funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsinə verilir.
Ləğv edilmiş komitənin torpaqların monitorinqi, onların münbitliyinin bərpası və artırılması, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək, dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafiki, rəqəmi, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya, qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək, vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarını təyin etmək və geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək sahəsindəki funksiyaları isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilir.
Fərmana əsasən, komitənin Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin delimitasiyası və demarkasiyası işlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Sərhəd Xidməti ilə birlikdə həyata keçirəcək.
Göründüyü kimi, Qərib Məmmədovun səlahiyyəti Kərəm Həsənov, Hüseynqulu Bağırov və general Elçin Quliyev arasında bölüşdürülüb.
Baş verənlərlə bağlı ləğv edilən komitənin əməkdaşlarından biri Mia.az maraqlı məqamlardan danışıb. Onun sözlərinə görə, prezidentin bu fərmanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində böyük çaşqınlıqla qarşılanıb:
«Bununla bağlı Qərib Məmmədovun özü də şokdadır. O, açıq şəkildə bildirib ki, belə bir fərman gözlənilmirmiş. İşçilər isə gələcəklərindən narahatdırlar. Doğrudur, onların bəziləri mütəxəssis kimi vəzifələrində saxlanılacaqlarını düşünürlər. Lakin bu dəqiq deyil. Hər şey Kərəm Həsənovla Hüseynqulu Bağırovun qərarından aslı olacaq. Şübhəsiz ki, hər iki şəxs öz adamlarını yüksək vəzifələrə təyin edəcəklər. Yəni komitənin şöbə rəisləri, müavinlərinə yeni qurumda vəzifə veriləcəyi gözlənilmir. İlkin məlumata görə, onlar Qərib Məmmədovun əsas kadrları ilə işləməyəcəklərini bəyan ediblər”.
Məlumatlı şəxs deyir ki, Qərib Məmmədov və yaxın ətrafı təhvil-təslim prosesində bir çox gizlinlərinin üzə çıxacaqlarından ehtiyatlanırllar: "Qərib Məmmədov və keçmiş komitənin əksər vəzifəli şəxsləri ölkənin səfalı yerlərində böyük ərazilərə sahibləniblər. Elə Nabran istiqamətində araşdırma aparılarsa, orada Qərib Məmmədovdan tutmuş, komitənin bəzi vəzifəli şəxslərinə qədər, kimlərin nə qədər ərazini ələ keçirdiklərini aydınlaşacaq. Deyə bilərəm ki, Qərib Məmmədov həmin an torpaqların meşə massivi və digər təyinatlı olmasını da nəzərə almayıb. Yəqin ki, bu faktları indi nazir Hüseynqulu Bağırov çəkinmədən, rahat araşdıracaq. Eyni zamanda, komitənin aparat rəhbərinin Bakının ətraf qəsəbələrində ələ keçirdiyi torpaq sahələri də var. Bu yerdə onu da qeyd edim ki, prezidentin qəfil verdiyi bu fərman adıçəkilən vəzifəli şəxslərin bəzi planlarını da əngəlləyib. Yəni onlar ələ keçirmək istədikləri bəzi torpaq sahələrinin sənədlərini tam həll edə bilmədilər. Bəziləri isə sənədlərin tarixini əvvəlki günlərə çəkməklə, məqsədlərinə nail olmağa da çalışırlar. Hər halda, yəqin bunlar təhvil-təslimdə üzə çıxacaq».
Məlumatlı şəxs Qərib Məmmədovun bacısı oğlu haqqında da Mia.az-a maraqlı faktlar verib: «Qərib Məmmədovun bacısı oğlu komitədə ikinci sədr kimi qəbul edilib. Onun dayısının vasitəsiylə ölkənin
ayrı-ayrı zonalarında çox böyük daşınmaz əmlaklar ələ keçirdiyi də sirr deyil. Təsəvvür edin ki, bacısı oğlunun bəzi həlli müşkil məsələlərinə də komitənin rəsmi şəxsləri müdaxilə edərək, aradan qaldırmağa çalışıblar. Sanki dövlət əhəmiyyətli işlə məşğul olurlarmış kimi, Qərib Məmmədovun bacısı oğlunun işlərinə elə yanaşılıb. Əlbəttə, indi bu faktlar Qərib Məmmədov və yaxın ətrafının vəziyyətini gərginləşdirən əsas faktordur».
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi