Cavid Qurbanov işdən çıxarıldı - Prezident sərəncam verdi

img

09-02-2015 [18:56]


Prezident İlham Əliyev "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Cavid Qəmbər oğlu Qurbanov "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".

Prezident başqa bir sərəncamla Cavid Qurbanovu "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr vəzifəsinə təyin edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA