Bu dövlət qurumlarında yoxlama başlayacaq - Siyahı

img

09-02-2015 [18:05]



Bu gün Hesablama Palatası Kollegiyasının iclası keçirilib.

Palatadan Mia.az-a verilən məlumata görə, iclasda dövlət büdcəsindən Abşeron rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit tədbirinin nəticələri barədə hesabat və rəy müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumuna göndərilməsi, eyni zamanda audit tədbirinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında eyni zamanda dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan"Azərenerji" ASC-yə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, dövlət büdcəsindən Respublika Neyrocərrahiyyə Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına,dövlət büdcəsindən Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına ayrılmış vəsaitlərin və büdcədən kənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirləri üzrə proqramlar təsdiq olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA