09-02-2015 [16:00]
Fevralın 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) respublikada tibbi-sosial ekspertiza sisteminin avtomatlaşdırılması sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin, əlillik müayinələri ilə bağlı göndəriş formalarının elektronlaşdırılması məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Mia.az xəbər verir ki, müşavirədə ƏƏSMN-nin Tibbi-sosial ekspert komissiyalarının sədrləri, Səhiyyə Nazirliyinin nümayəndələri, müvafiq icra hakimiyyəti orqanlarının tibb xidmət rəisləri və Hərbi həkim komissiyalarının sədrləri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf dövrünü yaşayan ölkəmizdə sosial müdafiə sisteminin müasir və şəffaf fəaliyyət mexanizmləri əsasında təkmilləşdirilməsinin prioritet təşkil etdiyini vurğulayıb. Dövlət başçısının tapşırığına əsasən, nazirliyin fəaliyyət sahələrində aparılan islahatlardan söz açan S.Müslümov bu islahatların bir istiqamətinin də tibbi-sosial ekspertiza və əlillərin reabilitasiya sahəsi ilə bağlı olduğunu bildirib:
"Ölkədə əlillik təyinatı prosesinin tam avtomatlaşdırılması, beləliklə, bu sahədə neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın təmin olunması məqsədilə ötən il Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt sistemi yaradılıb. ƏƏSMN-nin Kollegiyasının qərarına əsasən, 2014-cü ilin iyul ayının əvvəlindən həmin sistemin pilot olaraq tətbiqinə başlanıb. Yeni sistem əlillik müayinələrinin aparılması ilə əlaqədar müvafiq qurumlar arasında elektron məlumat mübadiləsini təmin edir”.
Nazir bildirib ki, bu islahat tədbiri səhiyyə müəssisələri tərəfindən əlillik vəziyyətlərinin müəyyən olunması üçün göndəriş formalarının (88 nömrəli forma) Tibbi-sosial ekspert komissiyalarına (TSEK) elektron qaydada göndərilməsini, kağız daşıyıcılardan istifadə praktikasına son qoyulmasını nəzərdə tutur: "Bununla yanaşı, qeyd olunan sistem vasitəsilə əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazası yaradılıb. Artıq TSEK-lər tərəfindən bütün əlillik müayinələrinin nəticələri barədə məlumatlar həmin bazaya yerləşdirilib. Bu baza əlillik təyinatı barədə aidiyyəti dövlət orqanı tərəfindən məlumatın artıq kağız arayış formasında deyil, elektron qaydada əldə edilməsinə imkan verir”.
S.Müslümov tibbi-sosial ekspertiza və reabilitasiya xidməti əməkdaşlarının bu sistemdə işləmək üçün elektron imzalarla təmin olunduqlarını və müvafiq bacarıqlara malik olmaları üçün treninqlərə cəlb edildiklərini bildirib: "Səhiyyə Nazirliyinin 27 noyabr 2014-cü il tarixli əmri ilə TSEK-lərə göndərişlərin elektron registrinin yaradılması ilə bağlı "Tibbi-sosial ekspert komissiyasına göndəriş” və "Uşaqlar üçün Tibbi-sosial ekspert komissiyasına göndəriş” formaları təsdiq olunub. 2015-ci ilin 01 yanvarından TSEK-lər tərəfindən yalnız həmin göndəriş formaları qəbul edilir. Bu göndəriş formalarının daha təkmilləşdirilməsi və ümumi elektron informasiya sisteminə interasiyası bizim diqqətimizdə duran məsələlərdən biridir”.
Müşavirədə tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin avtomatlaşdırılması sahəsində qarşıda duran vəzifələr, eləcə də TSEK-lərə ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarınının aidiyyəti qurumları tərəfindən təqdim olunan göndəriş formalarının elektronlaşdırılması məsələləri ətraflı müzakirə olunub. Bu sahədə işlərin təkmilləşdirilməsi üçün nazirliyin müvafiq struktur bölmələrinin rəhbər şəxslərinə tapşırıqlar verilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi