"Müğənni ifşa olunduğundan qisas alır!" -DİN

img

09-02-2015 [14:11]


Əxlaqsız yuva təşkil etməkdə ittiham olunan müğənni Maral Tahirqızının polis əməkdaşlarının ondan rüşvət istəməsi ilə bağlı səsləndirdiyi ittihamlara DİN-dən reaksiya gəlib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirib ki, müğənninin iddiaları böhtan xarakteri daşıyır: 

"Maral Tahirqızı törətdiyi cinayətdən utanmaq əvəzinə, özünün mənəviyyatdan, əxlaqdan kənar hərəkətlərini ifşa edən polis əməkdaşlarına böhtan atmasının özü də bir cinayətdir. O, ötən ilin mayın 3-də ifşa olunub. Əgər ondan kimsə pul istəmişdisə, niyə bu vaxt ərzində aidiyyatı dövlət qurumların şikayət etməyib? Ona görə ki, Maral Tahirqızının polis orqanlarında qanunsuz təkliflərinin rədd edildiyini, qanuni olaraq istintaq aparıldığını görür. Artıq iş də məhkəməyə göndərilib. İndi Maraq Tahirqızı qisas almaq və gündəmdə qalmaq üçün onu ifşa edən polis əməkdaşlarına böhtan atır.

Onun müstəntiqlərin ona təzyiq etməsinə görə dəyişdirilməsi haqda iddiaları da tamamilə yalandır və böhtan xarakteri daşıyır”.

Qey edək ki, Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə ittiham olunan M.Tahirqızı İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşının ondan 10 min manat, Xətai Rayon Polis İdarəsi əməkdaşının isə 3 min manat rüşvət istədiyini deyib(Qafqazinfo). 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA