09-02-2015 [14:05]
Azər Həsrətin rəhbəri olduğu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) İdarə Heyəti 2015-ci ildə özünün ilk toplantısını keçirib. Toplantı CASCFEN sədrinin müavini, "Qazilər” qəzetinin baş redaktoru Rey Kərimoğlunun dəvətilə sonuncunun redaksiyasında baş tutub. CASCFEN təmsilçiləri qəzetin internet versiyasının fəaliyyətə başlaması münasibətilə Rey Kərimoğlunu və kollektivini təbrik edib.
İdarə Heyəti öz toplantısında CASCFEN-in ötən ilin 2-ci yarısında gördüyü işlərlə bağlı məlumatı dinləyib.

Təşkilatın sədri Azər Həsrət ötən ilin may ayında keçirilmiş qurultaydan sonra CASCFEN-in özəlliklə beynəlxalq müstəvidə fəaliyyəti haqda geniş bilgi verib. O qeyd edib ki, təşkilatın təmsilçisi CASCFEN-in tərəfdaşı olan Qazaxıstan Media Hüquq Mərkəzinin dəvətilə bu ölkənin 3 şəhərində jurnalistlər üçün seminarlarda təlimçi kimi iştirak edib. Bundan başqa, CASCFEN sədri noyabr ayında Strasburqda Avropa Şurası Parlament Assambleyasının binasında təşkil edilmiş "Demokratiya üçün dünya forumu”na qatılıb, burda çıxışlar edib. Elə həmin ayda Azər Həsrət özü Tbilisidə ATƏT-in media azadlığı üzrə nümayəndəliyinin təşkil etdiyi Güney Qafqaz media konfransına qatılıb.
Qurum sədri eyni zamanda CASCFEN-in onlayn etika mövzusunda seminarlarının davam etdirildiyini deyib. O həmçinin qeyd edib ki, eyni istiqamətdə seminarlar 2015-ci ildə də davam edəcək.
Daha sonra çıxış edən CASCFEN sədrinin müavinləri Nadir Azəri və Rey Kərimoğlu, həmçinin İdarə Heyətinin üzvləri Dr. Nüşabə Hüseynli, Lalə Musaqızı və Qalib İbrahimoğlu da ötən ilin fəaliyyətinə yüksək qiymət verib, 2015-ci ildə görüləcək işlər haqqında danışıblar.
Qurum üzvləri 2015-ci ilin parlament seçkiləri ili olduğunu nəzərə alaraq bu yöndə jurnalistlərin fəaliyyətinə diqqət ayırmağa qərar veriblər. Nəzərdə tutulan işlər arasında bölgələrdə seminarların təşkili, həmçinin Novruz Bayramı və Milli Mətbuat Günü öncəsi CASCFEN üzvlərinin iştirakilə tədbirlərin keçirilməsi qərara alınıb.
İdarə Heyətinin toplantısında CASCFEN Nəzarət-Təftiş Komissiyasının sədri Sevda Əsgər və üzvü Ramilə Qardaşxanqızı da iştirak edib.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi