Azərbaycanda yenə zəlzələ oldu

img

09-02-2015 [12:52]


Azərbaycanda növbəti zəlzələ baş verib. 

ANS PRESS-in Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ Saatlı ərazisində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3.1, dərinliyi 16 km olub.

Qeyd edək ki, bu səhər Kürdəmir rayonunda zəlzələ baş verib.

ANS PRESS-in AMEA Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 05.12-də Kürdəmirdən 15 km cənubda qeydə alınıb.

İlkin məlumata görə, yeraltı təkanlar episentrdə 4 bala qədər hiss olunub.

Təbii fəlakət yerin 40 km dərinliyində meydana gəlib.

Yeraltı təkanlar yerli sakinlər tərəfindən hiss olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA