Baba Rzayev İlham Əliyevə hesabat verdi- Prezident açılışda!

img

09-02-2015 [12:47]


Prezident İlham Əliyev Bakının Xətai rayonu ərazisində yeni inşa olunmuş 110/35/6 kV-luq "Ağ şəhər-1” elektrik yarımstansiyasının açılışında iştirak edib.

Mia.az xəbər verir ki, "Bakıelektrikşəbəkə” ASC-nin idarə heyətinin sədri Baba Rzayev "Ağ şəhər-1” yarımstansiyası, həmçinin yeni inşa edilən digər 110 kV-luq "Həzi Aslanov”, "Kürdəxanı”, eləcə də 35 kV-luq 7 elektrik yarımstansiyası barədə Prezident İlham Əliyevə məlumat verib.

Dövlətimizin başçısı dispetçer idarəetmə mərkəzindən "Ağ şəhər-1” yarımstansiyanı işə salıb.

Prezident İlham Əliyev yarımstansiyanın ayrı-ayrı sahələrində yaradılan şəraitlə tanış olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA