Aslan Aslanovdan kəskin hədə: "Onu Lamiyənin yanına göndərəcəm"

img

09-02-2015 [05:45]


Bu gün Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlə yetirilməsində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyevin vəkili Adəm Məmmədov sensasiyalı açıqlama ilə çıxış edib.
 
Vəkil özünün "facebook”dakı səhifəsində "Aslan Aslanovun ANS telekanalına verdiyi "özünümüdafiə" xarakterli müsahibəsindən sonra, bu gün etibarlı mənbələrdən belə bir məlumat aldıq ki, Aslan Aslanov həbs olunub” yazıb.
 
Mia.az xəbər verir ki, Aslan Aslanov "Qafqazinfo”ya açıqlamasında bu məlumatı dezinformasiya adlandırıb: "Yayılan xəbərlər cəfəngiyatdır. Hazırda öz evimdəyəm. Bu xəbərləri yayan vəkil özü də elə yaxın zamanlarda müdafiə etdiyi şəxsin yanına gedəcək”.
 
Qeyd edək ki, Şəmkirin keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin sabiq müavini  Aslan Aslanovun oğlunun qətl işi sön vaxtlar qətldə təqsirləndirilən Lamiyə Quliyevanın həbsxanada nikahdankənar uşaq dünyaya gətirməsi ilə yenidən gündəmə gəlib.
 
Qeyd edək ki, 11 il əvvəl çıxarılmış hökümlə Ruslan Aslanovu qətlə yetirməkdə təqsirli bilinən Lamiyə Quliyeva 10 il, onun keçmiş nişanlısı Vüqar Əliyev isə ömürlük azadlıqdan məhrum ediliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA