Qeydiyyatla bağlı sərəncam verildi; Miqrasiya Məcəlləsinə dəyişiklik

img

08-02-2015 [21:06]


"Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edib.

MİA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il noyabrın 4-də "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunu tətbiqi barədə fərman verib.

Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata düşmədən yaşaması üçün müddət 3 gündən 10 günə qaldırılıb. Buna uyğun olaraq Nazirlər Kabinetinin "Elektron xidmət növlərinin Siyahısı”nda etdiyi dəyişikliklə Dövlət Miqrasiya Xidmətinə Azərbaycanda artıq 3 gün deyil, 10 gündən artıq müvəqqəti olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulunu elektron qaydada aparmaq səlahiyyəti verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA