Qalmaqallı "Lamiyə işi" haqqında yenilik - Məhkəmə başlayır

img

08-02-2015 [16:49]


Fevralın 13-də Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə məhkum Lamiyə Quliyevanın işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək. Saat 12:30 üçün təyin olunan iclasın açıq keçiriləcəyi elan olunub. 

Bu haqda musavat.com-a L.Quliyevanın vəkili Fəxrəddin Mehdiyev məlumat verib. Vəkil müvəkkilinin Bakı İstintaq Təcridxanasına köçürüldüyünü açıqlayıb. 

Yada salaq ki, Baş Prokurorluq məhkum Lamiyə Quliyevanın 2010-cü ildə Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə olan məhkəmə hökmünün ağırlığına görə apellyasiya protesti və müddətinin bərpa olunması üçün vəsatət verib. 

Fevralın 3-də verilən vəsatətə bir gün sonra 4 saylı cəzaçəkmə müəssisəsində Xətai rayon Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə baxılıb. Dövlət ittihamçısı qismində Eldar Balakışiyev çıxış edib. 

Apellyasiya müddətinin bərpa olunması ilə bağlı vəsatət təmin edilib. Protestin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunub. Prosesdə Lamiya Quliyeva və onun vəkili Fəxrəddin Mehdiyev iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA