İcra başçısı "məşhər ayağı"nda! - Tərtərdəki olay Müstəqim Məmmədovu bitirir

img

08-02-2015 [11:55]


Bir neçə gün əvvəl Tərtər polisində saxlanılan şəxsin şübhəli ölümü sözügedən rayonun icra başçısı Müstəqim Məmmədovun karyerasını sual altına alıb.

Bu barədə Mia.az-a verilən məlumata görə, Tərtərə icra başçısı təyin olunduğu gündən iidarə məmurları, sahibkarları "məşhər ayağı"na çəkən Müstəqim Məmmədov paralel olaraq rayonun hüquq-mühafizə orqanlarının da fəaliyyətinə kobud müdaxilələr edir. Onun hətta rayonun polis rəisini rayonda cinayətkarlarla mübarizə pərdəsi altında sıxışdırdığı da sirr deyil. Ancaq polis şöbəsində Ağdamlı məcburi köçkünün qəfil və şübhəli ölümündən sonra rayonda baş verən üsyanabənəzr olaylar icra başçısını da əndişəyə salıb.

Mia.az xəbər verir ki, hadisə baş verdiyi gün və səhəri dayanmadan yuxarı dairələrə saatbaşı vəziyyəti məruzə edən icra başçısı M.Məmmədov həddən artıq həyəcanlı olub. Hətta o da bildirilir ki, bu olaydan sonra Müstəqim Məmmədov kəskin şəkildə danlanıb. Buna görə icra başçısının özünü qorumaq üçün rayonun polis rəisini "bada" vermək niyyətində olduğu da bildirilir: "Güman ki, hadisələr müəyyən qədər unudulandan sonra Tərtərin polis rəisinin azad olunması əmri veriləcək. Amma bu o demək deyil ki, icra başçısı bununla "hamar yol"a çıxacaq. Artıq onun daim diqqətdə olacağı istisna deyil".

Mia.az





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA