"Əgər erməni əsgər ölmək istəmirsə, Ağdama gəlməsin!" - İlham Əliyev

img

08-02-2015 [01:12]


"Ermənistan tərəfi qoşunların təmas xəttində mütəmadi olaraq atəşkəs rejimini pozur. Hər dəfə də Azərbaycan tərəfini günahlandırır. Bu onlara məxsus taktikadır: bütün günahı Azərbaycanın üstünə atırlar".

Bu sözləri prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində deyib.

Dağlıq Qarabağ münaqişəsindən danışan İlham Əliyev sərt şəkildə ermənilərə xəbərdarlıq edib.

"Ermənistan bizim torpaqlarımızı işğal edib, beynəlxalq hüquq normalarını pozub, Xocalı soyqırımını törədib, bizim tarixi və dini abidələrimizi məhv ediblər. Amma bütün günahları bizdə görürlər. Sual bundan ibarətdir ki, erməni əsgərinin işğal olunmuş ərazilərdə nə işi var? Erməni əsgəri Ağdamda nə unudub? Füzulidə nə işiniz var? Əgər erməni əsgər ölmək istəmirsə, Ağdama gəlməsin", - deyə İlham Əliyev bildirib(Anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA