07-02-2015 [18:46]
Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov 6 fevral 2015-ci il tarixində Cənubi Kaliforniya Universitetinin Vaşinqton şəhərində fəaliyyət göstərən bölməsində "Azərbaycan: Enerji Siyasəti və Geosiyasət” mövzusunda professor-tələbə heyəti qarşısında çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Mia.az-a verilən məlumata görə, səfir çıxışında Azərbaycan dövlətinin tarixi nailiyyətləri, geostrateji mövqeyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib Xüsusilə, ölkəmizin iqtisadi inkişafı, enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları sahəsində Azərbaycanın iştirakı ilə həyata keçirilən iri regional layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Trans-Avrasiya Super İnformasiya Magistralı layihələri auditoriyanın diqqətinə çatdırılıb.
Azərbaycanın regionda məhz müstəqil və praqmatik dövlət kimi etibarlı tərəfdaş olduğunu qeyd edən diplomat Azərbaycanın həmçinin regionda müstəqil siyasət aparan, beynəlxalq hüquqa riayət edən, heç bir dövlətin daxili işlərinə qarışmayan, özünü təmin etmək imkanında olan, bərabər hüquqlu tərəfdaşlığa üstünlük verən ölkə olduğunu vurğulayıb:
"Bir tərəfdən Avrasiya məkanında baş verən proseslər, digər tərəfdən isə Azərbaycanın son iki dekadada keçdiyi müstəqillik dövrü və inkişafı sübut edir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zamanında qəbul etdiyi qərarlar özünün strateji yanaşması və uzaqgörənliyi ilə fərqlənir.
Xəzərin zəngin karbohidrogen ehtiyatlarını dünya bazarlarına açmış "Əsrin müqaviləsi”ndən 20 il sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi regional enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, bölgənin ümumi siyasi transformasiyasına təsir etmiş, əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək vermişdir. Bunun nəticəsi olaraq, Azərbaycan Cənubi Avropanın yeni coğrafiyasının formalaşmasının müəllifinə çevrilib. Eyni zamanda, Azərbaycan Bakı-Supsa kəməri ilə Qara dəniz regionuna, Bakı-Tbilisi-Ceyhan kəməri ilə, hətta Gürcüstan Aralıq dənizi regionuna çıxmış, Cənub Qaz Dəhlizi vasitəsilə isə Xəzər, Qara, Aralıq və Adriatik dənizi məkanı yaradılıb”.
Tədbirdə həmçinin bildirilib ki, Azərbaycan müstəqilliyin məsuliyyətini tam anlayaraq özünün inkişafı ilə bərabər regionun digər ölkələrinin inkişafına töhfə verir ki, bu xüsusiyyət regionda lider ölkələrə məxsus mövqeyi əks etdirir.
Azərbaycanın nümayəndəsi təəssüflə qeyd etmişdir ki, öz yanlış siyasəti nəticəsində regionun inkişafından kənarda qalan Ermənistan 20 ildən artıqdır ki, müstəqil dövlət kimi davrana bilmir. Bu isə rəsmi Yerevanın nə qədər öz xalqının gələcəyini düşündüyünü şübhə altına qoyur.
E.Süleymanov
son vaxtlar Şərqi Avropada, eləcə də Yaxın Şərqdə baş verən münaqişələrin
yenidən kəskinləşməsinə istinad edərək böyük dövlətlərin daha məsuliyyətli
yanaşmasının vacibliyini deyib. O, qeyd edib ki, sabitlik və inkişaf olmayan
yerlərdə radikallaşma meylləri daha çox nəzərə çarpır ki, Qərb dövlətləri, o
cümlədən rəsmi Vaşinqton tərəfindən daha strateji, düşünülmüş və mövcud
reallıqları nəzərə alan yanaşma əhəmiyyətlidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi