"Hörmətli yoldaş dedi ki, xahişini etdiyin hakim korrupsiyaya bulaşıb"

img

07-02-2015 [18:32]


Dünən mətbuat konfransı keçirən qalmaqallar içində itib-batan "Avto Qarant"  ASC-nin səlahiyyətliu şəxsləri yaydıqları press-relizdə ad çəkməsələr də vaxtilə bir deputatın Apellyasiya Məhkəməsinin keçmiş hakimi Lətif Nəbiyevin bir işlə bağlı cinayət məsuliyyətinə cəlb olunmaqdan xilas etdiyini iddia ediblər.

Mia.az xəbər verir ki, Moderator az bununla bağlı keçmiş millət vəkili, iqtisadçı ekspert Nazim Məmmədovdan əlaqə saxlayıb. Sabiq deputat Nazim Məmmədovun cavabını təqdim edirik:

"Mən "Avto Qarant" ASC-nin  səhmlərini  almaq  üçün  danışıqlara  2004-cü  ilin  payızında  başlamışam  və  2005-ci  ilin   birinci  rübündə  keçirilmiş  açıq  hərracın  qalibi  olaraq  almışam. Yəni  bu  məsələ  mənim  deputat  seçilməyimə  qədər  olan  dövrdə  baş  verib. Deputat  seçildikdən  sonra  mənə  çox sayda  səhmdarlardan  müraciətlər  olub  dividendlər  verilmədiyinə, ASC-nin  əmlakının  Ədalət  Bağırov  tərəfindən  satılıb  talan  olunduğuna  görə. Mən  Ədalət  Bağırovla  Aydın  Xıdırovu  barışdırmağa  çox  cəhd  etmişəm, razılıqlar  olsa  da  sonradan  kimsə  bu  işi  pozub. 
Lətif  Nəbiyevin  cinayətdən  mənim  köməyimlə  yayındığına  bağlı  sualınıza  gəldikdə  isə  onu  deyə  bilərəm  ki,  bu  həqiqət  deyil, ya  da  tam  həqiqət  deyil. Keçmiş  hakimi  2004-cü  ildə  tanımışam, o  da  mənim  sahibi  olduğum  zavoda  gələrək  qardaşını  işə  götürmək  xahişini  edən  zaman. Ədalət  Bağırovla  da  məni  o  tanış  edib, onun  hakim  olarkən  xahişini  cəmi  bir  dəfə  Apellyasiya  Məhkəməsinin  bölünməsi  və  regionlara  köçürülməsi  vaxtı  uşaqlarının  tələbə  və  məktəbli  olduğunu  nəzərə  alıb  Bakıda  saxlanmağının  mümkünlüyü  olub. Sonradan  xahiş  etdiyim  həmin  hörmətli  şəxs  mənlə  görüşdə  "sizin  xahişinizi  nəzərə  alıb  onu  Bakıda  saxladıq, ancaq  biləsiniz  ki, Lətif  Nəbiyev  korrupsiyaya  bulaşmış  hakimlərin  sırasında  birincidir"  deyərək, mənə  irad  tutdu  və  mən  doğrudan  da  utandım. O  vaxtdan  keçmiş  hakimin  bir  neçə  əməllərindən  xəbərdar  oldum  ki, "Avto  Qarant"-la  bağlı  mənim  adımı  müxalifət  qəzetlərində  hallandırmaq  ideyasını  da  o  verib, mənimlə  üzdə  münasibət  saxlayır  kimi  göstərərək, Ədalət  Bağırovun  məsuliyyətdən  yayınmağına  "vasitəçilik"  edir, o  zamandan əlaqəmi  kəsdim. Təəssüf  edirəm  ki, onun  adı  yenə  də  mənim  adımla  birgə  çəkilib."

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA