Nazirlər Kabineti qərar verdi - bu günlər iş olmayacaq!

img

07-02-2015 [17:06]


Qarşıdakı ayda bayram günləri ilə bağlı qeyri-iş günləri açıqlanıb. 

Bu barədə Mia.az-a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki,  8 mart Beynəlxalq qadınlar günü bazar gününə təsadüf etdiyindən martın 9-u da qeyri-iş günü hesab ediləcək. 

Nazirlər Kabinetindən Novruz bayramı ilə bağlı bayram günləri də açıqlanıb. 

Qərarda qeyd edilir ki, bu bayramda 7 gün iş olmayacaq: "Novruz bayramı ilə bağlı martın 20-dən 24-dək qeyri-iş günləridir.  Əmək Məcəlləsinə görə, martın 21 və 22-si şənbə və bazar günlərinə düşdüyündən həmin ayın 25-i və 26-sı qeyri-iş günü olacaq. Beləliklə, ölkə əhalisi Novruz bayramında da 7 gün işləməyəcək ”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA