Professor yeni rektoru məhkəməyə verdi

img

07-02-2015 [16:38]


Azərbaycan Dövlət İqtisad Universiteti onun rektoru Ədalət Muradov məhkəməyə verilib.

Bu barədə Mia.az-a İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Bədirxan Musayev məlumat verib. Onun sözlərinə görə, 2011-ci ildə universitet rektorunun müşaviri 40 il rəhbərlik etdiyi «İqtisadi Kibernetika» kafedrasının müdirliyindən qanunsuz olaraq çıxarılsa da, o, universitetin profesoru olaraq qalır. Lakin bu günədək onu universitetə qanunsuz olaraq buraxılmadığını əsas gətirən B.Musayev universitetə onun yeni rektoruna qarşı iddia qaldırmağa məcbur olduğunu deyib:

«Məlumat üçün bildirirəm ki, mən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra 18.09.1957-ci ildən həmin institutda labotant kimi əmək fəaliyyətinə başlamışam.1972-ci ildə 38 yaşımda doktorluq dissertasiyası müdafiə etmişəm. Keçmiş SSjRİ məkanındaqtisadi kibernetikaelmi istiqaməti üzrə ilk dərslik və monoqrafiyaların, "İqtisadi kibernetikavə "İqtisadi kibernetikanın əsasları” dərsliklərinin müəllifi olmuşam.  Çoxsaylı dövlət mükafatları almışam sair. Ancaq 4 ildir ki, haqsız şəkildə vəzifələrimdən azad olunsam da, məhkəmələrdəki rüşvətxorluq və ədalətsizlik bu orqanda haqqımı bərpa etmək məqsədimi əngəlləyib.  Ümid edirdim ki, universitetin yeni rektoru, professor Ədalət Muradov haqsızlığı aradan qaldıracaq. Yəni ən azından universitetin professoru, iqtisad elmləri doktoru 60 illik xidmətlərimi nəzərə alaraq, məni professor-məsləhətçi kimi universitetə qaytaracaq. Ancaq nəinki bunlar oldu, hətta 4 ildir universitetin binalarına da buraxılmıram.  Qeyri-rəsmi qadağanın şiddəti o səviyyədədir ki, hətta mənim əmək kitabçamı da gətirib küçədə verirlər. Bu isə mənimçün dözülməz haldır. Ona görə məhkəməyə müraciət edib, «gestapo ənənəsi» son qoyulmasını xahiş etmişəm».

İqtisad elmləri doktoru Bədirxan Musayevin sözlərinə görə, artıq iddia ərizəsi Səbail rayon Məhkəməsinə təqdim olunub: «İddia ərizəmdə hörmətli rektordan universitetə buraxılmamı və professor kimi tədris yükümün davam etdirilməsini təmin etməyi xahiş etmişəm. Hesab edirəm ki, respublika və xarici dövlətlər üçün 60-dan çox elmlər namizədi və doktoru yetişdirən, 20 il Təhsil Nazirliyində İqtisad bölməsinə rəhbərlik edən, namizədlik və doktorluq disertasiyaları müdafiə şurasına sədrlik edən, 15 rektorla 60 il İqtisad Universitetində bütün vəzifələrdə işləyən, 40 ildən çox İqtisad Universitetinin "İqtisadi Kibernetika” kafedrasının müdiri, 12 il rektorun müşaviri, 10 il dekan, 8 il prorektor işləyən şəxs kimi, mənim buna tam haqqım çatır».

Yaxın günlərdə məhkəmənin başlayacağını deyən müsahibimiz ölkə rəhbərliyinə mətbuata da müraciət edib: «Cənab prezident, Sizdən xahiş edirəm, bu məsələni şəxsi nəzarətinizə götürəsiniz. Eyni zamanda, jurnalistlərdən iclasda iştirak edərək, işıqlandırılmasını da xahiş edirəm».

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA