Sabiq deputat bu nazirliklərin birləşdirilməsindən danışdı - Açıqlama

img

06-02-2015 [21:55]


"Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi mühüm addımdır. Ümumiyyətlə Nazirlər Kabinetinin mobil, daha çevik bir quruma çevrilməsinə, oxşar fəaliyyətlə məşğul olan nazirlik və dövlət komitələrinin birləşdirilməsinə ehtiyac var”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, iqtisadçı alim Nazim Məmmədov söyləyib.

Onun sözlərinə görə, dövlət qurumlarının birləşdirilməsini özündə əks etdirən islahatlar paketinin tətbiqinə ehtiyac var:

"Hesab edirəm ki, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafəsi nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu birləşərək, sosial yönümlü bir ad altında vahid nazirlik kimi fəaliyyət göstərməlidir. Digər yandan Dövlət Gömrük Komitəsi Vergilər Nazirliyinə birləşdirilməlidir. Dünyanın heç yerində Dövlət Gömrük Komitəsi adlı təsisat yoxdur. Bu addım həm də Dövlət Gömrük Komitəsi ilə bağlı mənfi rəyləri aradan qaldırmaq, cəmiyyətdə bu sistemə etimad yaratmaq baxımından vacib hadisədir. İqtisadiyyat və Sənaye Nazirliyi ilə Nəqiyyat Nazirliyi də birləşdirilə bilər. Eyni zamanda təsərrüfat hesablı dövlət qurumlarının rəhbərləri üzərində nəzarəti həyata keçirmək üçün Müşahidə Şuraları yaradılmalıdır. Bu baş verə biləcək neqativ halların qarşısını almaq və Nazirlər Kabinetinin təsir imkanlarını artırmaq baxımından vacibdir. Bütün hallarda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunması müsbət addımdır və bu proses davamlı olmalıdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA