06-02-2015 [20:22]
Azər Həsrət, azer@azerhasret.com
Bəzən bəzi yazarlarımız hər şeyin həddini hədsiz dərəcədə aşırlar. Elə adamlara çamur atırlar ki, hətta duyğusuz, cansız daşlar belə dilə gəlir, etiraz kükrəyir, Allahınız olsun deyir! Olur belə şeylər!
Bir təsadüfi adam nəsə deyir, nəsə uydurur, jurnalist də bunun ucundan tutub ucuzluğa gedir, qeyri-ciddi nəticələr çıxarır və tirajlayır. Halbuki adı hallanan şəxslə əlaqə saxlamaq, ondan adının hallanmasına münasibət də öyrənmək var. Amma etmirlər bunu.
Çünki sensasiya yaratmaq üçün çox tanınmış və o qədər də hörmətli birisinə daş atıb özünü reklam edə bilərsən…
Belə bir ədalətsizliyin budəfəki hədəfi Mehriban Zeynalovadır. Onun adının qadın alverində hallanması ictimai sektorda az-çox təcrübəsi olan hər kəsi xeyli təəccübləndirib.
Yalnız təəccübləndiribmi? Həm də bir o qədər hiddətləndirib!
Elə mən də hiddətlənmişəm!
Olmaz, əziz həmkarlar, olmaz! Bu, jurnalistika deyil! Bu, medianın adı kimi təmiz insanlara ədalətli yanaşması deyil! Belə qəzetçilik olmaz!
Mehriban Zeynalovaya atılan bu böhtan bir məsələni bir daha təsdiqlədi: kimin nə deməyindən asılı olmayaraq, adın doğrudan da təmizdirsə, sənə yüz böhtan atılsa belə, yapışmayacaq!
Əməlin təmizsə, özünə, işinə arxayınsansa, kimin nə deməyindən asılı olmayaraq sənə atılan böhtanlar yapışmayacaq!
Mehriban Zeynalovanın başına gətirilmək istənənlər bunu bir daha sübut etdi!
Ümumiyyətlə, qadınlarla bağlı yazanda, məncə, daha diqqətli olmaq lazımdır. Çünki təmiz ad onlar üçün, elə toplum üçün də ən əhəmiyyətli faktordur.
Hələ nəcib əməllərilə tanınan, ən çətin anlarını yaşamaqda olan qadınlara dayaq duran, onların həyatlarının böhranlı anlarında yanlarında olub hətta özünəqəsddən çəkindirməyi bacaran bir Qadın ola!
Mehriban Zeynalova o Qadındır məhz!
Ailə şiddəti, keçimsizlik üzündən həyatdan küsmüş, özündən keçməyə hazır olan neçə-neçə qadın məhz bu Xanımın nəcibliyi, insansevərliyi üzündən bu gün həyatdadır, həyata bağlana bilir və sabaha ümidlə baxır.
Açın sosial şəbəkələri, baxın. İçi mən qarışıq Mehriban Zeynalovanı az-çox tanıyan hər kəs hiddətini dilə gətirir, atılan böhtanın ehtimalına belə tənəzzül etmir!
Açığı, bəlkə də bu olayın ortaya çıxmasında da xeyir var. Söz var, deyərlər: bunda da bir xeyir var inşallah.
Var məncə. İllər uzunu çalışıb insanlara fayda verməyin qiymətini alır əslində Mehriban Zeynalova bu gün!
Qarşılıqsız, kimsəyə minnət qoymadan, gecə-gündüz demədən, özündən keçib başqalarının oduna şam kimi əriməyin qiymətidir bu gün ona verilən!
Bizim belə qadınlarımız var! Özü də istənilən qədər! Və nə yaxşı ki, var! Çamur atırlar, yapışmır! Hələ çamur atmaq istəyənlərin özləri ictimai qınağa tuş gəlir!
Şair deyir ki, sağlığında qiymət verin insanlara. Məncə, Mehriban Xanım sağlığında layiq olduğu qiyməti bu çamur atma olayından sonra aldı!
Doğrudan da, bunda da bir xeyir varmış…
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi