06-02-2015 [20:16]
Amma hamı Məryəm ola bilmir, hamı inandıra, hamı "yerli allahlar"ın xeyir-duasıyla o "müqəddəs"liyi boynuna , döşlərinə, ayaqlarına və bətninə götürə bilmir. Bu yerdə udan yenə "allah" olur.
12 il əvvəl o, tutulanda, yəqin ki, çox az adam bugünki kimi ona mərhəmətli, könül yanğısıyla, millətin zavallı balası kimi yanaşırdı. "Adamın balasını öldürüb, cəhənnəmdə yanacaq, ləçər, fahişə, ifritə, üzünə bax hələ onun, qə..əliyi üzündən oxunur"... və sair kimi ifadələr, neçə-neçə ekran arxasında onu görənlərin, xəbərini eşidənlərin ikrah hissiylə ağızlarından töküldü.
Bəs, bu gün?! Bu gün dahamı inkişak etmişik, dahamı idraklanmışıq?! Bu gün 12 il sonranın potensial Lamiyələri, Vüqarları, Ruslanları yetişmirmi?! Üçü də bədbəxt oldu.
Hamımız Lamiyənin məhbəsdə doğmağıyla bu məsələyə quş qondurduq. Biz hər şeyə burun, qulaq, barmaq ümumiyyətlə nə gəldi, nəyimiz gəldi soxan adamlarıq. Hamını maraqlandıran ilk növbədə uşağın atasının kimliyi idi. Hansı şəraitdə Lamiyə ilə cinsi əlaqədə olmağı idi. Hətta o məqam barədə kitab buraxılsa, sırf intim hissələrinə görə bestseller olmağına şübhəm də yoxdur.
Bilmirəm son dövrlərdə, Lamiyə mövzusunu ilk dəfə hansı media qurumu işıqlandırdı. Bu hansısa oyun idi. Bu kimisə vurmaq idi. Ya da bu nişanlısı Lamiyə ilə birgə ölüm işinə görə, ömürlük iş alan Vüqar Əliyevin işinə yenidən baxılmasına işıq salmaq idi...
Uzaqgörəncəsinə mətbuatdan 4-cü hakimiyyət kimi səmərəli istifadə etməyi bacaran kimdirsə, sevindirici haldırki, ölkəmizdə belə adamlar var.
Bir müddət əvvəl 14 saylı cəzaçəkmə müəssisəsində işgəncələrlə döyülərək öldürülməsi ehtimal olunan Elşad Babayevdən sonra Lamiyə mövzusu Ədliyyə nazirliyinin, Penitensiar Xidmətin qalmaqallı şəkildə gündəmdə qalmasını daha da uzatdı. Fevralın 3-də keçirilən Ədliyyə müşavirəsində nazir 34 əməkdaşı ədliyyə orqanlarından xaric etdi.
Fevralın 3-də həm də o aydın oldu ki, Lamiyə Quliyeva ikinci dəfə aldığı 5 il 6 ay cəzasına görə bəraət alıbmış. Sadəcə, icra olunmayıb. Bütün bunları media elədi. Lamiyəni gündəmə gətirməklə, bir çox mətləbləri, qaranlıq məqamları işıqlandırdı. Onun və Vüqarın "içəridə çürüməyi"ndə kimin maraqlarının olması heç kəsə müəmmalı qalmadı.
Bu ərəfələr bəzi aftafa tutan adamlar Lamiyədən həzrəti Məryəm düzəltmək istədi. Onun qadın kaloniyasında hamilə qalmasının qeyri-mümkünlüyünü bildirdilər. Amma o, necəsə hamilə qalmışdı. Sadəcə, Allahın adını çəkməyə qorxurdular. Yoxsa, Lamiyəni "Milli Məryəm" elan edərdilər. Bu gün o dəmir millərin arasından baxan "Milli Məryəmdir". Hər şeyin səbəbkarı isə cəmiyyətdir. Harınlıqdır, rüşvətdir və ondan doğan hər şeyi pulla və "kanallar"la həll etmək güvənidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi