Azərbaycanda din xadiminin evi yarıldı- 100 minlik qızıl aparıldı+Video

img

03-02-2015 [20:34]


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Salyan və ətraf 6 rayon üzrə qazısı Hacı Hüsnü Həsənovun evindən külli miqdarda qızıl-zinət əşyaları və şəxsi silahı oğurlanıb.

Hacı Hüsnü Həsənov APA-ya deyib ki, yanvarın 31-də səhər saatlarında naməlum şəxs və ya şəxslər pəncərədən evə girib. Oğrular evdən təxminən 100 min manat dəyərində qızıl-zinət əşyaları və rəsmi sənədi olan "Vinçester” markalı silahını aparıblar. Həmin vaxt ailəsi ilə İranda müalicə aldığını deyən QMi nümayəndəsi bildirib ki, hadisə baş verərkən evdə heç kim olmayıb. O, evində nağd pul olmadığı üçün pul oğurluğu olmadığını da bildirib. Hadisə barədə polisə müraciət edən zərərçəkən oğurluq törətmiş şəxslərin tapılması üçün axtarışlara başlandığını deyib.

Hüsnü Həsənov onu da bildirib ki, heç kimlə şəxsi ədavəti, yaxud problemi olmadığı üçün konkret kimdənsə şübhələnmir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA