İlham Əliyev xanımı ilə avtobus deposunda

img

03-02-2015 [13:37]


Prezident İlham Əliyev və xanımı, "Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva "Bakubus” MMC-nin ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində, Bakı İdman Sarayında görülən işlərlə tanış olublar.

Mia.az xəbər verir ki, dövlət başçısına avtobus deposu və təlim mərkəzində aparılan işlər barədə məlumat verilib. İlham Əliyev Zığ gölünün kompleks bərpası layihəsi çərçivəsində görülən işlərlə də maraqlanıb.

Sonra Prezident və xanımı ilk Avropa Oyunlarında iştirak edən yüksək səviyyəli qonaqların daşınması üçün alınan "Mercedes” markalı mikroavtobuslara baxıblar. İlham Əliyevə "Bakubus” MMC-nin İVECO markalı yeni avtobusları barədə də məlumat verilib. Bildirilib ki, ilkin mərhələdə Fransa istehsalı olan 302 avtobus alınıb.

Daha sonra İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı İdman Sarayında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA