Ramil Usubovdan kadr dəyişikliyi-TƏYİNAT

img

03-02-2015 [13:36]


Daxili işlər orqanlarında yeni təyinat olub. Mia.az APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini Əbülfət Rzayev tutduğu vəzifədən azad edilərək Şəki Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl Sabunçunun polis rəisi Cavanşir Babayev təqaüdə göndərilib. Onun yerinə isə Şəki Rayon Polis Şöbəsinin rəisi Eldar İlyasov təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA