Usubovdan sərt qərar; polis rəisinin müavini işdən çıxarıldı-SƏBƏB

img

30-01-2015 [11:33]


Bakıda rəis müavini işdən çıxarılıb. Hüquq-mühafizə orqanlarından "Report"a daxil olan məlumata görə, Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis Bölməsinin (PB) rəsi müavini polis mayoru Bəhruz Əliyev vəzifəsindən uzaqlaşdırılıb.

Belə ki, B.Əliyev bölmənin rəisi Vidadi Qurbanov məzuniyyətdə olduğu müddətdə xidmət yerini özbaşına tərk edərək xarici ölkələrdən birinə istirahətə yollanıb. Daxili İşlər Nazirliyi (DİN) və Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəhbərliyi məsələdən xəbərdar olan kimi V.Qurbanov vəzifəsindən çıxarılıb.

Artıq 36-cı bölməyə yeni rəis müavini də təyin edilib. Belə ki, buna qədər 31-ci PB-də eyni vəzifədə çalışan Anar Həbibzadə, 36-cı PB-nin rəis müavini vəzifəsinə təyinat alıb.

DİN-in mətbuat xidməti 36-cı B.Əliyevin sərəncama göndərildiyini təsdiqləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA