Nazirliyin bölmə müdiri qəzaya düşdü- Fotolar

img

29-01-2015 [22:23]


Bu gün axşam saatlarında Quba – Xaçmaz yolunda qəza baş verib.

"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, hadisə Quba-Xaçmaz yolunun 4-cü km-də, magistralın Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Quba rayon sakini Mətləb Cəfərovun idarə etdiyi "Nissan” markalı minik avtomobili Xaçmazdan Quba istiqamətində hərəkətdə olarkən qəfil yola çıxan Quba rayonunun Zizik kənd sakini Xəyyam Məmmədova məxsus odunla dolu at arabasına çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb, lakin hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Mətləb Cəfərov İqtisadiyyat və Sənaye Nazirliyinin Quba – Xaçmaz regional bölməsinin müdiridir.

Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA