Bakı metrosunda qatarda nasazlıq yaranıb, sərnişinlər təxliyə ediliblər

img

29-01-2015 [19:42]


Bakı Metropoliteninin "Həzi Aslanov” - "Dərnəgül” istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin APA-ya verdiyi məlumata görə, sərnişinlər qatardan təxliyə olunublar, nasazlıq yaranan qatar isə baxış üçün depoya göndərilib.
"Onun yerinə ehtiyat qatar xəttə buraxılıb. Qatardan sərnişinlər təxliyyə ediləndə, bir neçə saniyəlik gecikmə yaranıb. Digər stansiyalarda gecikmə yaransa da, problem aradan qaldırılıb. Artıq heç bir problem yoxdur”,- deyə o vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA