Prezident sərəncam verdi, Artur Rasi-zadə təsdiqlədi - Hüseynqulu Bağırovun səlahiyyəti artdı

img

29-01-2015 [19:29]


Nazirlər Kabineti "Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda dəyişikliklər edib.

Qeyd edək ki, indiyə qədər meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini "Meliorasiya və Su Təsərrüfatı” ASC və Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirib.

Dəyişikliyə əsasən "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin bu sahədə səlahiyyəti ləğv edilib.

Bundan sonra meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirəcək.

Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin vəzifəsi fiziki və hüquqi şəxslər tərəfindən meşə fondundan istifadəni, köküstə oduncaq buraxılışını, meşəbərpa və aralıq istifadə qırmaları və digər qırma qaydalarını Azərbaycan Respublikasının meşə qanunvericiliyinə uyğun təmin etməkdən ibarətdir(APA).

Mia.az onu da bildirir ki, bu dəyişikliklə bağlı Prezident İlham Əliyev 3 ay əvvəl sərəncam imzalayıb. Baş nazir Artur Rasi-zadə isə bu sərəncamın tələbinə uyğun olaraq, qaydaları hazırlayaraq, təsdiqləyib. Bununla da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyəti artdı, ASC sədri Əhməd Əhmədzadə isə bu sahə üzrə hökmünü itirdi...

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA