GDU-da həbs, rektorun yaxın adamı qandallandı

img

29-01-2015 [19:04]


Gəncə Dövlət Universitetinin "Ekologiya və təbiəti mühafizə" kafedrasının müdiri Vaqif İnqilab oğlu Rəhimov korrupsiya faktı ilə əlaqədar həbs olunub. 

Bu barədə Mia.az-a Gəncə Dövlət Universitetinin əməkdaşları tərəfindən məlumat verilib. Məlumatda qeyd olunur ki, saxlanılan kafedra müdiri Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun ən yaxın dostu və yaxın çevrəsinə daxil olanlardan biridir: "Elə Vaqif Rəhimovun rektor Yusif Yusibovun təqdimatı ilə Təhsil Nazirliyinin 2012- ci il 20 dekabr tarixli 11/ 1333 nömrəli əmri ilə anadan olmasının 55 illiyi münasibəti ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi ” döş nişanı ilə təltif edilməsi də onlar arasındaki isti münasibətlərdən qaynaqlandığını da deyə bilərik. İndisə Vaqif Rəhimovun saxlanılması rektoru qorxuya salıb. Görünür, dostunun həbsinin təkcə universitetin adına deyil, həm də onun çətin vəziyyət və sullarla üz-üzə qalacağından ehtiyatlanır”.

Kafedra müdirinin saxlanılması xəbərində diqqətçəkən məqamlardan biri isə bu olayın hələ də rəsmi səviyyədə gizlədilməsidir.  Maraqlıdır, təhsil müəssisələrindəki korrupsiya və başqa faktlarla bağlı həbslər haqqında dərhal mətbuata xəbər verən müvafiq orqanlar nədənsə bu fakt haqqında xəbər yaymaqda xəsislik ediblər.

Onu da qeyd edək ki, GDU-dan həbs xəbəri Lent.az-a təsdiqləyiblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA