Bakı Beynəlxalq Aftovağzalı bağlanır – Yeniləndi

img

28-01-2015 [13:00]


Bakı Beynəlxalq Avtovağzalının giriş hissəsi bir müddətə bağlana bilər.

Axar.az xəbər verir ki, yaxın günlərdə metronun "Avtovağzal” stansiyasının açılışı ilə əlaqədar ətraf ərazilərdə aparılan abadlıq-quruculuq işləri genişlənib.

Əməkdaşımızın verdiyi məlumata görə, beynəlxalq avtovağzalın ətrafında artıq müasir işıq dirəkləri quraşdırılıb. Lakin avtovağzalın giriş hissəsində asfalt örtüyünün dağılması gediş-gəlişə mane olur. Məhz bu səbəbdən yaxın günlərdə sözügedən ərazidə asfalt örtüyünün yenilənməsinə başlanılacaq.

11:20

Bakı Beynəlxalq Avtovağzalın mətbuat xidmətindən Axar.az-a bildirildi ki, metronun "Avtovağzal” stansiyasının açılışı ilə əlaqədar ətraf ərazilərdə aparılan abadlıq işləri avtovağzalın fəaliyyətinə mane olmayacaq:

"Avtovağzalın giriş hissəsinin bir müddətə bağlanacağı məsələsinə gəlincə, bu da sərnişinlər üçün heç bir problem yaratmayacaq. Avtovağzalın bir neçə girişi var. Yeni metro-stansiyasının tikildiyi ərazi bir girişdədir. O, bağlı olsa da, digər girişlər həmişəki kimi açıq olacaq və avtobusların fəaliyyətində də heç bir dəyişiklik olmayacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA