"DYP və Nəqliyyat Departamentinin işçilərinin buna ixtiyarı yoxdur"

img

27-01-2015 [16:21]


"Forsmajor hadisələrdən əlavə, sərnişinləri avtobusdan düşürdmək qanun pozuntusudur". 

Bu sözləri XeberLent.az-a hüquqşünas Ərşad Hüseynov DYP əməkdaşlarının və Nəqliyyat Nazirliyinin Departament işçilərinin avtobus sürücülərini hər hansı qayda pozduğu zaman nəqliyyat vasitəsindən sənişinlərlə birgə düşürdülməsinə şərh verərkən bildirirb. Hüqüqşunas onu da qeyd etdi ki, əgər sürücünü hansısa qanunpozuntusuna görə avtobusdan uzaqlaşdırılırsa, onda gərək DYP və Nəqliyyat Departamenti həmin şirkətdən əlavə sürücüb gətirb, sərnişinlərin yolda qalmamasını təmin etsinlər. "Bilirsiniz, qanunda qeyd edilir ki, əgər sürücü dəli, narkoman, içkili və yaxud bu kimi sürücülüyə zid olan halda avtobusu idarə edirsə, onu nəqliyyat vasitəsindən uzaqlaşdırmaq olar. O da bir az əvvəl qeyd etdiyim kimi, əvəzedicinin olması ilə. Əks halda, sürücünü heç kim ona ayırılan marşrut xəttindən ayıra bilməz. Hətta biz eşidirik ki, DYP və Nəqliyyat Departament işçiləri sərnişinləri yolun ortasında düşürdüb, avtobusu aparırlar. Bu, təmamilə qanunsuzluqdur. Əgər, şirkət rəhbəri buna icazə vermirsə, buna nə DYP, nədə ki, departament işçilərinin icazəsi yoxdur". P.S Bu cür hallar artıq günümüzün adi halına çevrilən təzadlarından biridir. Artıq iş o yerə çatıb ki, adını sadaladığımız dövlət qurumlarının işçiləri qanunu bilən vətəndaşları belə heçnəya baxmayaraq soyuq havada nəqliyyat vasitəsindən düşürdüb, avtobusu cərimə meydançasına aparırlar. Bu cür bir hadisə həmkarımız Yeganə Məmmədovanın başına gəlib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA