Ermənistandan vurulan helikopterlə bağlı etiraf

img

27-01-2015 [13:52]


Ermənistanın müdafiə naziri Seyran Ohanyan ötən ilin noyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan helikopterin kursdan çıxdığını etiraf edib.

"Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, nazir baş verən insidentlə bağlı təhqiqat aparıldığını, səlahiyyətli şəxslərin töhmət aldığını, həmçinin işdən qovulanların olduğunu deyib.

Ohanyan təlim uçuşu həyata keçirən helikopterin kursdan kənara çıxdığını etiraf etsə də, bütün hallarda atəşkəs rejimini pozduğu və helikopteri vurduğu üçün Azərbaycan tərəfini günahlandırıb.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mi-24” tipli helikopter təlim zamanı Azərbaycan mövqelərinə hücum cəhd etmiş, lakin əsgərlərimizin açdığı atəş nəticəsində içərisində 3 pilot olan helikopter məhv edilmişdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA