“Göyçə” İB-nin rəhbərliyi Türkiyədə erməni vəhşiliyi ilə bağlı silsilə tədbirlər keçirib - FOTO

img

27-01-2015 [13:06]


"Göyçə” Mədəni İrsin Bərpası, Qorunması və Təbliği İctimai Birliyinin sədri, yazıçı-şair, publisist, əməkdar jurnalist Eldar İsmayıl, İctimai Birliyin İdərə Heyətinin üzvü tədqiqatçı-jurnalist Qabil Zimistanoğlu bu günlərdə İstanbulda olub. 

Mia.az-a verilən məlumata görə, onlar Türk-Azərbaycan Dostluq Mədəniyyət və Həmrəyliyi Dərnəyinin sədri Salih Bayraktar tərəfindən dəvət olunub və bir neçə tədbirdə iştirak ediblər. 

Ermənilərin qondarma soyqırımının 100 illiyini keçirməyə hazırlaşdığı bir ərəfədə Eldar İsmayıl və Qabil Zimistanoğlu Türkiyədə fəaliyyət göstərən bir neçə vakf və dərnəyin təşkil etdiyi tədbirdə çıxış edib. 

Keçirilən tədbirlərin əsas mövzusunu rus-erməni hərbi birləşmələrinin Qərbi Azərbaycanda (indiki Ermənistanda) zaman-zaman yerli türklərin başına gətiridiyi faciələr, fəlakətlər, qırğınlar təşkil edib. 

Eldar İsmayılın bu mövzuda yazdığı tarixi romanlar ( "Göyçənin qısası qalır”, "Səttaroğlu”, "Zülmətdə parlayan qılınc”, "Bir igidin ömrü” və "Şəhid olmağa gəldim” şeirlər kitabı geniş müzakirə mövzusu olub. Eldar müəllimin əsərlərindən ibarət çəkilmiş sənədli filim nümayiş etdirilib. 

Tədbirlər Türkiyə Yazarlar Birliyinin İstanbul şöbəsi, YESİ Eyitim Kültür və Yardımlaşma Dərnəyi, "İstanbul- Kartal Ərzurumlular” Vakfı tərəfindən də təşkil olunub. Keçirilən tədbirdə Eldar müəllim eməni fitnəkarlğından, onların Azərbaycan və Anadolu türklərinin başına gətirdiyi faciə və müsibətlərdən danışıb. Ötən əsrdə ermənilərin zaman-zaman xalqımızın başına gətirdiyi qırğın və fəlakətlərdən bəhs edib. Yazıçı-şair həmçinin əsərlərinin əsas mövzusu olan erməni xəyanətkarlığından, onlara dar gününlərində yardım edən türklərin üzünə həmişə ağ olduqlarından söhbət açıb. 

O, bildirib ki, hazırda Ermənistan adlanan bir respublika rus hakimiyyətinin yardım və dəstəyi ilə tarixi Azərbaycan torpaqları üzərində yaradılıb: " Erməni dövləti yaradılan zaman əhalinin böyük əksəriyyətini yerli türklər təşkil edib. Sonra Türkiyədən, Livandan, Suriyadan və digər ölkələrdən erməniləri ərazidə yerləşdirməklə yerli türkləri sıxışdırmağa nail oldular. Görünməmiş vəhşiliklərə imza atan ermənilər qondarma yaratdıqları Ermənistan dövlətindən yerli türkləri tamamilə çıxarıb. Bununla kifayətlənməyərək, onlar sonra rus hərbçiləri ilə birləşərək Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edərək tarixi abidələrimizi, yaşayış məntəqələrimizi yerlə-yeksan ediblər” 

Sədrin etdiyi çıxış və nümayiş etdirilən sənədli film tədbir iştirakçıları tərəfindən həssaslıqla qarşılanıb. Eldar müəllimin əsərlərində toxunduğu məqamlar müzakirələrə səbəb olub.

Türkiyə universitetlərinin müəllim və tələbələrinin, ictimai fəalların, millət vəkili Osman Boyrazın, İstanbul Maltepe kaymaknı Nəcib bəyin iştirak etdiyi tədbirdə profesor Elbrus Mahmudoğlu, erməni məsələsi ilə bağlı tarixi araşdırmalar müəllifi Orxan Çəkic, Türk-Azərbaycan Dostluq Mədəniyyət və Həmrəyliyi Dərnəyinin sədri Salih Bayraktar, "İstanbul- Kartal Ərzurumlular” Vakfının sədri İlhami Özər, şair Mətin Özər, YESİ Eyitim Kültür və Yardımlaşma Dərnəyinin sədri Güven Hızarçı məzmunlu çıxışlar edib.

Tədbirə Qazax Türkləri Eyitim və Araşdırma Dərnəyinin sədri Faruk Aksel, baş katib Bayram Göksü və tanınmış siyasətçi Aqil Səmədbəyli də qatılıblar. Aqil bəy və Q.Zimistanoğlu ötən əsrin əvvəllərində və 1988-ci ildə ermənilərin Ermənistan (Qərbi Azərbaycan) türklərinə qarşı törətdikləri soyqırımı ilə bağlı arqument və faktlarla çıxış ediblər. Edilmiş çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. 

"Göyçə” Mədəni İrsin Bərpası, Qorunması və Təbliği İctimai Birliyi gələcəkdə də bu istiqamətdə silsilə tədbirləri ölkə daxili və xaricində keçirmək, soyqırıma ermənilərin deyil, əksinə türklərin məruz qaldığını sənədlər və faktlarla ictimaiyyəti geniş şəkildə tanış etmək niyyətindədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA