Azərbaycanda prokurorluğun şöbə müdirini güllələdilər

img

27-01-2015 [12:22]


Azərbaycan Respublikası Hərbi Prokurorluğunun şöbə prokuroru Rəhman Bayram oğlu Əhmədov güllələnib.

Mia.az Axar.az-a istinadən xəbər verir ki,1982-ci il təvəllüdlü prokuror Rəhman Əhmədov ov zamanı dostu tərəfindən ehtiyatsızlıqdan güllələnib.

Belə ki, yanvarın 24-də R.Əhmədov ov etmək məqsədilə Anar Bayramov, Rafiq İsmayılov, İdris Murtuzov, Şəmsəddin İsayev və İlqar Yusifovla Qobustan rayonunun Xilmilli kəndinə ova gedib.

Ov zamanı Qəbələ rayon Vəndam kənd sakini, 1979-cu il təvəllüdlü İdris Xanbala oğlu Murtuzov prokuror Rəhman Əhmədovu güllələyib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

R.Əhmədov Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı prokurorluqda araşdırma başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA