20 yaşlı şəhidimiz torpağa tapşırıldı - Video

img

26-01-2015 [20:07]


Hərb  Təxribat nəticəsində şəhid olan Elşən Əfəndiyev doğulduğu Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində dəfn olunub. 

ANS TV-nin məlumatına görə, 20 yaşlı şəhid Elşən Əfəndiyev yanvar ayında hərbi xidmətə gedib. O xidmət etdiyi dövrdə nümunəvi davranışına görə bir neçə dəfə ordu rəhbərlyi tərəfindən mükafatlandırılıb. 

Şəhid ölümündən sonra müdafiə nazirinin əmri ilə 3-cü dərəcəli medalla təltif edilib. Bu ailənin Qarabağ döyüşlərində verdyi 3-cü şəhiddir.

Şəhidin əmisi Ədalət Əfəndiyev Elşənin həm əmisinin, həm də dayısının şəhid olduğunu bildirdi. O şəhidliyin hər bir əsgərə nəsib olmadığını və Elşənlə fəxr etdiyini deyir.

Allah rəhmət etsin!




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA