AMEA 6 bölmə üzrə dissertasiya mövzularını təsdiq edib

img

26-01-2015 [19:26]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer, Aqrar, Biologiya və Tibb Elmləri, Naxçıvan, Gəncə bölmələri üzrə doktorantların dissertasiya mövzuları təsdiqlənib.

Mia.az-a veriln məlumata görə,  AMEA-nın rəyasət heyətinin növbəti iclasında bu bölmələrin elmi müəssisələrində fəlsəfə doktoru hazırlığı üzrə doktorantların əyani (3 il) və qiyabi (4 il) təhsili üzrə qəbulu və onların dissertasiya mövzularının təsdiqi məsələsi müzakirə olunub.

AMEA-nın elmi müəssisə və təşkilatlarına fəlsəfə doktoru hazırlığı üzrə 2014-cü il üçün 121 yer (o cümlədən 74 əyani, 47 qiyabi) müəyyən olunub. AMEA-nın Yer Elmləri Bölməsinin elmi müəssisə və təşkilatlarına 8, Aqrar Elmlər Bölməsinə 6, Biologiya və Tibb Elmləri Bölməsinə 11, Naxçıvan Bölməsinə 2, Gəncə Bölməsinə 2 yer ayrılıb.

Tədbirdə doktorantların dissertasiya mövzuları müzakirə edilib. Mövzular ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə dissertasiya mövzularının müasir dövrün tələblərinə uyğun seçilməsinin zəruriliyini, cəmiyyət üçün mühüm aktuallıq daşıyan mövzuların seçilməsinin vacibliyini vurğulayıb.

Akademik elmi işlərin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün doktorantların dünyanın nüfuzlu elmi mərkəz və laboratoriyalarında təcrübə keçməsinin əhəmiyyətindən söhbət açıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA