Nərgiz Paşayeva "Fəxri professor" oldu - FOTO

img

26-01-2015 [18:01]


MEA-nın müxbir üzvü Nərgiz Paşayeva Moskva Dövlət Universitetinin Fəxri professoru diplomuna layiq görülüb.

Modern.az xəbər verir ki, alim bu mükafata M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yaradılması və inkişafında, Rusiyanın bu qabaqcıl ali məktəbi ilə səmərəli əməkdaşlığın qurulmasında xidmətlərinə görə layiq görülüb.

Fəxri diplom Nərgiz Paşayevaya yanvarın 26-da Rusiyanın paytaxtında Moskva Dövlət Universitetinin 260 illik yubileyinə həsr olunmuş təntənəli iclasda təqdim edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA