Keşlədə subasma dərd olub, bələdiyyə sədri təbrik qəbul edir

img

26-01-2015 [13:58]


Sabah Bakının Nizami rayonu ərazisində olan  Keşlə  qəsəbəsinə yeni bələdiyyə sədrinin seçiləcəyi gözlənilir. 

Bu barədə məlumatı Azinform.az-a qəsəbə sakinləri verib.

Onların dediyinə görə, bu vəzifəyə keçmiş bələdiyyə sədri Ələmdar Vəfədarovun  təyin olunacağı gözlənilir: "Ona görə təyinat deyirik ki, artıq Ələmdar indidən özünü sədr kimi aparır. Təbrikləri qəbul edir, ətrafına müəyən vədlər verir”.

Şikayətçilər Ələmdar Vəfədarovun  keçmiş fəaliyyətilə bağlı maraqlı faktları açıqladılar:

"Hər il dövlət büdcəsindən sözügedən bələdiyyəyə 6 min manat datasiya ayrılır. Ancaq həmin vəsaitin necə və hara xərcləndiyi barədə müvafiq qurumlara heç bir  hesabat verilməyib.  Digər maraqlı məqam isə 2011-ci ildən başlayaraq indiyə qədər ARDNŞ-ın  Keşlə bələdiyyəsinə 100 min manat yardım göstərməsilə bağlıdır. Hansıki, digər bələdiyyələrin belə bir şansı yoxdur. Bir belə yardımın müqabilində Keşlə bələdiyyəsi hansı işləri görüb?

Bir balaca yağış yağan kimi, Keşlədəki evlər su altinda qalır. Ələmdar Vəfədarovun gördüyü ən "böyük” işlərdən biri də  qanunsuz tikilən  evlərin layihəsinə dair çıxarışların hazırlanmasından ibarətdir. Bu işlər  barəsində də heç bir hesabat verilməyib.  Qanunvericiliyə görə, bələdiyyələr gördükləri bütün işlər barəsində yazılı hesabat verməlidir. Ən nəhayət adıçəkilən bələdiyyə "Veysəloğlu” və "Azərsun”  şirkətlərindən ərzaq yardımı alır.  Bu ərzaq da qəsəbədə ehtiyacı olan sakinlərə paylanmalıdır. Ancaq bələdiyyə tərəfindən  belə addımın atıldığını görməmişik”.

Bütün bunların fonunda hər yağış yağanda qəsəbə evlərinin su basır. Amma bu günədək bələdiyyənin bu istiqamətdə nə bir işini görən var, nə də duyan...

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA