İcra başçısı ilə polis rəisinin konflikti qızışıb...

img

26-01-2015 [09:59]


Lənkəran rayon icra başçısı Taleh Qaraşovla polis idarəsinin rəisi Möhübbət Hüseynov arasındakı konflikt rayonda ikitirəlik yaradıb. Məmurlar ya icra başçısı, ya da polis rəisinin "cəbhəsi"nin birində yer almaq məcburiyyətində qalıb.

Mia.az xəbər verir ki, bu maraqlı iddianı cumhuriyyet.az yazıb. Saytın iddiasına görə, icra başçısı və onun müavini İlqar Dadaşovla bağlı polis rəisinin tərəfdarları kompromat toplayır.

Yazıda hətta FHN-nin əməkdaşından tutmuş, rayon mərkəzi xəstəxanasında çalışan bir həkimə qədər bir çox adlardan bəhs olunub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA