İmişli Rayon İcra Hakimiyyəti açıqlama yaydı - Mətn

img

24-01-2015 [17:56]


İmişli Rayon İcra Hakimiyyəti bəzi media orqanlarında yayılan xəbərlərlə bağlı açıqlama yayıb.

Mia.az-a daxil olan müraciətdə bildirilir ki,  son dövrlər İmişli rayonunda ölkə prezidenti İlham Əliyevin tapşırılqları və göstərişləri əsasında həyata keçirilən abadlıq və quruculuq işləri, regonların sosial-iqtisadi inkişafı istiqamətində yeni iş yerlərinin yaradılması, işsiz vətəndaşların işlə təmin olunmaları istiqamətində atılan addımlar, yerli özünüidarəetmə orqanlarına, bələdiyyələrə keçirilən seçkilərin uğurla aparılması, müəyyən müxalif qüvvələri narahat etməyə başlayıb:
 
"Elə bunun nəticəsidir ki, daima "ağa qara, qaraya ağ” deməyə çalışan bu qüvvələr İmişli rayonu ilə bağlı ölkə ictimaiyyətində mənfi fikirlərin yaradılması üçün "Qara Piar” kampaniyasına start veriblər. 

El' bir neçə gün öncə "Yeni Musavat” qəzetində güya İmişli rayon İcra Hakimiyyətində qəbul zamanı vətəndaşın özünü yandırmağa cəht etməsi ilə bağlı xəbərin yayılması, bunun ardınca da ötən gün rayon İH-i qarşısında bir qadının özünə od vurmaq cəhdi ilə bağlı yalan xəbərlər də  məhz bu müxalif qüvvələrin mətbəxində hazırlanaraq, müxalif mətbuatda yayımlandı. Doğrudan da əgər rayon İH-də keçirilən qəbulda vətəndaş özünə od vurubsa, o vətəndaş niyə xəstəxanada deyil? Və yaxud o, hansı xəstəxanadadır?”.

Daha sonra İcra Hakimiyyəti bəyan edib ki, yayılan informasiyalar yalan və böhtan olmaqla bərabər, eyni zamanda, İmişli rayonu ilə bağlı ölkə ictimiyyətində mənfi fikrin yaradılmasına xidmət edir:

"Bunu edənlər isə yuxarıda qeyd etdiyimiz kimi, rayonda mövcud olan azsaylı müxalif qüvvələrdir. Onlar İmişlidə həyata keçirilən quruculuq və abadlıq işlərini, dövlətin müxtəlif iqtisadi və sosial lahiyələrini görməzdən gəlməyə çalışırlar. Onunçün də belə böhtan xəbərlərlə ayaq tutub, yeriyəcəklərini düşünürlər..”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA