Builki imtahan tarixləri təsdiqləndi - SİYAHI

img

23-01-2015 [17:29]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin yanvarın 23-də imzaladığı əmrlə magistratura və rezidentura səviyyələrinə keçiriləcək imtahanların, eləcə də bakalavriat səviyyəsi üçün sınaq imtahanlarının plan-qrafikini təsdiqlənib.

TQDK-nın mətbuat xidmətindən verilən məmulata görə, bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu 3-12 fevral tarixlərinə keçiriləcək.

Magistraturaya qəbul imtahanının I mərhələsi 22 fevral, proqram seçimi 1-10 aprel, qəbul imtahanının II mərhələsi 26 aprel, ixtisaslaşma seçimi 7-12 may, boş qalan yerlərə ixtisaslaşma seçimi 22-28 iyun tarixlərində həyata keçilərəcək.

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu 16-23 fevral, qəbul imtahanının I mərhələsi 15 mart, II mərhələsi 7 iyul, ixtisaslaşma seçimi 10-14 iyul, boş qalan yerlərə ixtisaslaşma seçimi 21-24 iyul tarixlərində keçiriləcək.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları bu ilin 5, 12, 19 aprel, 3 may tarixlərində keçiriləcək.

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları təsdiq edildikdən sonra bu təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarının və tədbirlərin plan qrafiki elan olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA