Daha bir nazirin qrafiki açıqlandı

img

23-01-2015 [15:25]


Gənclər və idman naziri Azad Rəhimov Biləsuvarda vətəndaşlarla görüşəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 27 yanvar tarixdə Gənclər və idman naziri Azad Rəhimov Biləsuvar rayonunda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından olan sakinləri qəbul edəcək.

Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəh. Mübariz İbrahimov küçəsi 120. Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 26-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA