Yarımsaatlıq döyüş iddiası: - Düşmən çoxsaylı itkilər verdi

img

23-01-2015 [12:27]


Az əvvəl Ermənistan Müdafiə Nazirliyi qoşunların təmas xəttinin qərb istiqamətində şiddətli döyüşlərin baş verdiyi haqda təcili bəyanat yayıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, işğalçı ölkənin Müdafiə Nazirliyinin yaydığı bəyanata əsasən "Azərbaycan silahlı qüvvələrinin xüsusi təyinatlı bölmələri” bü gün saat 09:00 radələrdində, bir neçə istiqamətdən erməni ordusunun Tavuş vilayətinin Berd rayonu istiqamətində yerləşən mövqelərinə hücuma keçib. 

Nəticədə yarım saatdan çox çəkən döyüş başlayıb.

Döyüşlər zamanı Ermənistan ordusu çoxsaylı itkilər verib, bu itkilərdən hələlik ikisi rəsmən açıqlanıb. Ermənistan MN-nin məlumatına görə döyüşlərdə leytenant Karen Arartoviç Qalstyan və sıravi Artak Vaqarşakoviç Sərkisyan öldürülüblər. Daha bir neçə erməni hərbçisinin yaralandığı bildirilir. Düşmən tərəf "Azərbaycan ordusunun da itki verərək geri çəkildiyini” iddia edir.

Eerməni tərəfinin bu bəyanatına Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən şərh almağa çalışır. Ancaq onu qeyd etmək lazımdır ki, Ermənistan ordusu son həftələrdə az qala hər gün itki verir və düşmənin son üç həftədə verdiyi, rəsmən açıqlanan itkilərin sayı 11-I keçib. Bunların arasında zabitlər və müddətdən artıq xidmət keçənlər üstünlük təşkil edir. Ermənistan ordusu yanvarın 20-də və 21-də də çoxsaylı itkilər vermişdi. Azərbaycan Müdafiə Nazirliyi ordumuzun son həftələr ərzində heç bir itki vermədiyini  bir neçə dəfə açıqlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA