Mikayıl Cabbarov əmr imzaladı, direktorlara yeni tapşırıq verildi

img

23-01-2015 [12:24]


Təhsil naziri Mikayıl Cabbarov "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” Respublika müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.

Əmr yaradıcılıq sahəsində xüsusi istedada malik uşaq və gəncləri üzə çıxarmaq və onların potensial imkanlarının inkişaf etdirilməsinə lazımi şərait yaratmaq məqsədi ilə verilib.

Əmrdə qeyd olunur ki, Naxçıvan təhsil naziri, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müdirləri, ümumi təhsil, ilk peşə-ixtisas təhsili, məktəbdənkənar təhsil müəssisələri və internat məktəblərinin direktorları müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər.

De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi internat məktəblərinin müsabiqədə iştirakı ilə bağlı satın alınması tələb olunan mal və materiallar barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim edəcəklər.

Əsaslı Tikinti və Təchizat İdarəsi müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması, "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri kataloqu”nun hazırlanması və müvafiq tirajla çap olunması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirməsini təmin edəcəklər.

Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim edəcək(Lent.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA