Rektor müəllimlərlə tapşırıq verdi

img

22-01-2015 [20:03]




Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradov ali təhsil ocağnın İngilis Dilində Tədris Mərkəzinin (İDTM) müəllimləri ilə görüşüb.

Universitetdən Mia.az-a verilən məlumata görə, görüşdə ADİU-da tədrisin keyfiyyətinin artırılması, mərkəzin inkişaf strategiyası müzakirə olunub. Müəllimlər tədris proqramlarının formalaşdırılması, yazılı imtahanların elektronlaşdırılması, əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin yetişdirilməsi və digər məsələlərlə bağlı təkliflərini veriblər.

Rektor İDTM-də tədrisin keyfiyyətini daha da artırmaq üçün laboratoriyaların quraşdırılması barədə tapşırıq verib. 

Qeyd edək ki, ADİU-nun İngilis dilində Tədris Mərkəzi 2014-cü il oktyabrın 20-də yaradılıb. Mərkəzdə əsasən xaricdə təhsil almış mütəxəssislər dərs deyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA