Sabahın hava proqnozu açıqlandı

img

22-01-2015 [19:46]


Sabah ölkədə yağıntılı hava gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 23-də Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Abşeron yarımadasında temperatur gecə 1-3, gündüz 6-9 dərəcə isti olacaq.

Yanvarın 23-də bölgələrdə də bəzi yerlərdə havanın yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Temperatur aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlıq rayonlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA