Əli İnsanovla görüşə imkan verilməyib

img

22-01-2015 [17:48]


Yanvarın 22-də sabiq səhiyyə naziri Əli İnsanovun vəkilləri Toğrul Babayevə və Şahverdi Ağaveyisə 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əli İnsanovla göürşməyə imkan verilməyib.

T.Babayev "Turan"-a bildirib ki, bu gün vəkilləri Əli İnsanovla görüşmək üçün cəzaçəkmə müəssisəsində olublar. 

"Bizə bildirdilər ki, vəkillər görüş üçün hər ay Penitensiar Xidmətə rəsmi müraciət edib görüş üçün icazə almalıdır. Vəkillər yalnız rəsmi icazə aldıqdan sonra müvəkkilləri ilə görüşə bilər”.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs olunub. Amma sonradan rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq və bir sıra iqtisadi cinayətlər törətmək ittihaml ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

2013-cü il martın 14-də Avropa İnsan Haqları Məhkəməsi Ə.İnsanovun İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması) və 6-cı (ədalətli məhkəmə çəkişməsi) maddələri ilə zəmanət verilmiş hüquqlarının pozuldğunu tanıyıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA