22-01-2015 [13:53]
Dünən axşam saatlarında Sumqayıt şəhərini növbəti dəfə tüstü-yanıq qoxusu bürüdü. Sumqayıtın sakinləri, eyni zamanda jurnalistləri olan bir qrup media mənsubu problemi operativ şəkildə araşdımaq, geniş işıqlandırmaq məqsədi ilə əraziyə yollandı. Bundan öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə, nazirliyin mətbuat xidmətinə məlumat verildi.
Haşiyə. Xatırlayırsınızsa, bir neçə gün öncə ölkə mediasında, bir çox xəbər portallarında Sumqayıtın çıxışında yerləşən və şəhərin bütün məişət tullantılarının atıldığı poliqonda zibillərin yandırılması ilə bağlı həyəcan təbili çalındı və problem xeyli dərəcədə qabardıldı. Həmin videogörüntülər şəhərdə ekoloji cəhətdən ciddi problemlərin olduğunu sübut etdi. Görünür, bu da məsələnin həllində dönüş yaradılması, yuxarılar tərəfindən ciddi şəkildə ölçü götürülməsi üçün yetərli olmadı. Belə ki...
Dünənki vəziyyət isə daha kritik həddə çatmışdı. Hətta şəhərin mərkəzində belə nəfəs almaq müşkülə çevrilmişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin baş müfəttişiAsəf Bayramovla Sumqayıtın girişində görüşdükdən sonra əraziyə - Sumqayıt Şəhər Təmizlik Departamentinin balansında olan məişət tullantılarının zərərsizləşdirilməsi üçün nəzərdə tutulan poliqona yollandıq. Oraya yaxınlaşdıqca yanıq qoxusu şiddətli hal alırdı və məcburən avtomobillərin aynalarını bağlayası olduq. Az sonra qurunt yolla əraziyə daxil olanda gördüklərimizdən dəhşətə gəldik. Ərazi atışma sonrası elə döyüş poliqonunu xatırladırdı, hər tərəf tüstüyə bürünmüşdü, bəzi yerlərdə alov işartıları aydın sezilirdi. Göz açmaq, nəfəs almaq olmurdu. Həqiqətən də, tüstüdən ətrafı yaxın 30 metri belə görmək qeyri-mümkün idi. Ərazi insan sağlamlığı üçün ciddi təhlükə törədirdi və oraya əleyhqazsız girmək özü də bir risk idi. Hadisə yerindən geniş video və foto çəkiliş apardıq, nazirliyin 4 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin baş müfəttişi Asəf Bayramov bizim suallarımızı elə hadisə yerində cavablandırdı, ciddi ekoloji problemin olduğunu bildirdi. Jurnalistlər Elnur Ağayev, Kamal Almuradlı, Səbuhi Vaqifoğlu və Abbasəli Hüseyni də Sumqayıt sakini kimi vətəndaş mövqelərini bildirdilər, bu halı kəskin şəkildə tənqid edərək, əlaqədar, bu işə məsul qurumlardan izahat tələb etdilər. Eyni zamanda Sumqayıt rəhbərliyindən, şəhərin millət vəkillərindən məsələyə reaksiya bildirməyi, problemin həll olunması istiqamətində konkret addımların atılmasını xahiş etdilər.
Ardınca nazirliyin nümayəndəsi və jurnalist qrupu Sumqayıta qayıtdılar, Şəhər Təmizlik Departamentinin rəisi Rahim Mustafayevlə görüşüb, məsələyə aydınlıq gətirilməsini istədilər. Rahim Mustafayev jurnalistin suallarına cavab verdi. O da problemdən narahatlığını gizlətmədi, bunun ciddi ekoloji problem olduğunu etiraf etsə də, hələlik qarışısında aciz qaldıqlarını söylədi.
Həm hadisə yerindən hazırladığımız reportajı, həm də təmizlik departamentinin rəisindən aldığımız müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq.
Hazırladılar:
Elnur Ağayev, Kamal Almuradlı, Elşən Allahverdiyev, Abbasəli Hüseyni, Səbuhi Vaqifoğlu, Zaur Əhməd, Ramil Zeynallı.
P.S.Bizi hadisə yerində öskürək tutdu, ciyərlərimizdə əməllicə ağırlıq duyduq. Evə döndükdən sonra hər birimiz 1-2 banka qatıq alıb içməli olduq. Zibilliyi yandıranlara, Sumqayıtın ekologiyasına zərbə vuranlara gəlir gətirən məsləhətimiz var. Yaxşı olardı ki, qatıq istehsal edən şirkətlərlə əlaqələr qursunlar, sövdələşmə çərçivəsində öz faizlərini də qazansınlar. Təklif: Burdan havanı zəhərləyirlər, ordan da qatıqsatan şirkətlərin də malları "xod” gedir.
P.S.S.Düşünün, cənablar, düşünün, bu şəhərdə bizim ailələrimiz nəfəs alır, övladlarımız böyüyür. Yəni bu deyilənlər, göstərilənlər əsas vermirmi ki, hamılıqla əl-ələ verib bu problemi kökündən həll edək. Axı Sumqayıt Sumqayıtı sevənlərindir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi