Icra başçısının Zərifə Əliyevanın adına olan xəstəxanaya ögey münasibəti...

img

21-01-2015 [22:24]


Cəlilabad rayonunun mərkəzində yerləşən Zərifə Əliyeva adına Göz Xəstəxanası istifadəyə yararsız olsa da, orada indiyə qədər heç bir təmir işi aparılımayıb.

Məlumata görə, indiyə qədər dövlət büdcəsindən xəstəxananın təmiri üçün pul ayrılsa da, ayrılan vəsait digər məqsədlər üçün xərclənib.

Bununla bağlı informasiya Editor.az-a Cəlilabaddakı mənbələrdən daxil olub.

Mənbəmiz bildirir ki, hazırda Göz Xəstəxanası formal olaraq fəaliyyət göstərir: "Bir-iki həkim, tibb heyəti ara-sıra xəstəxanaya gəlir. Xəstəxananın arxa hissəsində isə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova məxsus çörək zavodu fəaliyyət göstərir. Həmin çörək zavodunda istehsal edilən çörəklər zorla rayondakı iaşə müəssisələri və dükanlara satılır. Kim ki, qoyulan tələblə razılaşmadı, dərhal onun başısının üstünü "qara buldular” alır. Açıq şəkildə deyilir ki, icra başçısı bu bizneslə məşğul olursa, hər bir rayon sakininin borcudur ki, ona məxsus şirkətin satış göstəricilərini artırsın”.

Mənbəmiz qeyd edir ki, rayonda qanunsuzluqlar baş alıb gedir: "İcra başçısının razılığını olmadan, rüşvət vermədən rayonda daşı daş üstünə qoymaq mümkün deyil. Hər şeyin öz qiyməti və "tası” var”.

Xatırladaq ki, Əziz Əzizov icra başçısı təyinatına qədər taxıl biznesi ilə məşğul olub və onun çörək istehsalı ilə məşğul olan şirkətə hamilik etməsi bu xüsusda təsadüfi sayıla bilməz.

Əməkdaşımız məsələyə münasibət öyrənmək üçün Cəlilabad rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsə də, İcra Hakimiyyətinin web-saytında yerləşdirilən telefonlara cavab verən olmayıb.

Qarşı tərəfi də dinləməyə hazırıq

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA