Oqtay Şirəliyev Saatlıda vətəndaşları qəbul edəcək

img

21-01-2015 [16:10]


Səhiyyə Naziri Oqtay Şirəliyev yanvarın 22-də saat 11:00-da Saatlı Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.


Səhiyyə Nazirliyi Mətbuat xidmətindən verilən məlumata göeə, nazir Saatlı, İmişli, Beyləqan, Fizuli rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.


Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Saatlı Mərkəzi rayon xəstəxanasında qeydiyyatdan keçə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA