21-01-2015 [15:00]
Jurnalist Xalid Vahidoğlu Baş Dövlət Yol Polisi İdarəsinə göndərdiyi informasiya sorğusuna cavab almadığı üçün məhkəməyə müraciət edib. Artıq məhkəmə iclasının vaxtı da təyin edilib. Xalid Vahidoğlunun Baş Dövlət Yol Polisi İdarəsinə qarşı iddiasına fevralın 10-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq.
Jurnalist Avtosfer.az-a bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova 12 iyun 2014-cü il tarixli informasiya sorğusu ilə müraciət edib:
«Həmin vaxt paytaxt ərazisində avtomobillərin kütləvi şəkildə evaukasiyası həyata keçirilirdi. Bu səbəbdən də araşdırma aparmaq qərarına gəldim və bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsinə sorğu verərək idarədən ötən ilin yanvar-may aylarında paytaxt ərazisində dayanma-durma qaydasını pozan neçə avtomobilin cərimə meydançasına aparılması, avtomobillərin cərimə meydançasına aparılmasını hansı şirkətlərin həyata keçirməsi və bu şirkətlərin necə seçilməsi, dayanma-durma qaydalarını pozduğuna görə evakuatorla cərimə meydançasına gətirilən avtomobilin sürücüsünün cərimələnməsi qaydasının digər qayda pozuntularına görə cərimələnmədən fərqli tətbiqi, nə üçün cərimə meydançasında sürücülərin cərimələri ödəməsi üçün pos-terminallar qoyulmaması, həmçinin ödənişlərin nəğd alınması və ötən ilin yanvar-may aylarında paytaxt ərazisində dayanma-durma qaydasının pozulmasına görə neçə sürücünün cərimələnməsi və bu qayda pozuntularına görə nə qədər vəsait toplanması ilə bağlı məlumatların təqdim olunmasını xahiş etmişəm. Amma Baş Dövlət Yol Polisi İdarəsinə verdiyim 5 sualdan ibarət informasiya sorğusuna 16 gün sonra, yəni 28 iyun 2014-cü il tarixdə bir cümləlik cavab yazılıb ki, sorğu cavablandırılması üçün Bakı şəhər DYP-yə göndərilib. Bu cavab isə poçt vasitəsilə mənə 18 gündən sonra, yəni 15 iyul 2014-cü il tarixdə çatdırılıb. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 31 iyul 2014-cü il tarixli 9/YP-12058 məktubunda isə sorğuda göstərilmiş sualların geniş və ətraflı cavablandırılmasının təmin olunacağının bildirildiyi məktub aldım. Həmin cavabı isə tam 5 ay gözlədim. Sonda hər hansı cavab ala bilmədiyimi görüb, məhkəməyə müraciət etdim. Düşünürəm ki, bizə münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin İ bəndi (hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var) və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası qanununun 2.1-ci 2.2-ci, 2.3.2-ci, 6-cı, 7.1-ci, 10.1-ci və 24.1-ci maddəsinin tələbləri pozulub. İddiada Baş Dövlət Yol Polisi İdarəsinin 12 iyun 2014-cü il tarixli informasiya sorğusunun baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə göndərilməsinin qanunsuz hesab edilməsini, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 12 iyun 2014-cü il tarixli informasiya sorğusuna qanunla müəyyən edilmiş qaydada və müddətdə cavab verməməsinin pozuntu kimi tanınmasını və 12 iyun 2014-cü il tarixli informasiya sorğusunun tam, obyektiv və hərtərəfli cavablandırılması vəzifəsinin Baş Dövlət Yol Polisi İdarəsinə və Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə həvalə olunmasını tələb edirik».
Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən hər iki cavabdehə sərəncam göndərilərək onlardan iddia ərizəsinə etiraz və etirazda qeyd olunacaq hallara dair bütün sənədlərin əsli və ya notarial qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi tələb edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi